Britaniyada daha 30 min hinduşka məhv edildibackend

Britaniyada daha 30 min hinduşka məhv edildi

İngiltərənin şərqindəki Norfolk qraflığının hinduşka fermalarında “quş qripi” aşkarlanıb.

KONKRET.az  xəbər verir ki, bu barədə “Sun” nəşri yazıb.

“Quş qripi”nə görə fermalarda olan 30 mindən çox hinduşka məhv edilib.

Ötən həftə isə Şimalı Yorkşirdə 10,5 min hinduşka məlum xəstəliyə görə məhv edilmişdi.

Qəzetin yazdığına görə, “quş qripi” nəticəsində hinduşkaların məhv edilməsi Yeni il ərəfəsində mağazalarında bu quşların çatışmazlığına səbəb ola bilər.

Qeyd edək ki, hinduşka Milad süfrəsində ən populyar yeməklərdən biridir. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*