“Brüssel görüşünün nəticələri ciddi narahatlıq doğurur”.
KONKRET.az xəbər verir ki, bunu bu gün jurnalistlərə müxalif deputat, “Ermənistan” fraksiyasının üzvü Aram Vardevanyan deyib.
O, yekun bəyanatda nə Qarabağın, nə də ATƏT-in Minsk qrupunun adının çəkilməməsinə diqqət çəkib.
Vardevanyan sərhədin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması ilə bağlı razılaşmaya da münasibət bildirib.
“Azərbaycan psixoloji terrora və hərbi əməliyyatlara əl ataraq erməniləri Arsaxdan qovmaq niyyətini gizlətmir. Ermənistan tərəfi də bu məqamları bilə-bilə razılıq verib. Belə bir şəraitdə sərhədlərin hansı delimitasiyasından danışmaq olar?” – deyə deputat çərənləyib.
Xuraman Etibarlı,
KONKRET.az