Brüssel Kiyev və Tbilisini niyə öz yanında görmək istəmir? – İLGİNC SƏBƏBLƏRbackend

Brüssel Kiyev və Tbilisini niyə öz yanında görmək istəmir? - İLGİNC SƏBƏBLƏR

“Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin NATO ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə yol açıb. İvanişvili bildirib ki, NATO Rusiya ilə müharibədən qorxduğu üçün Gürcüstan və Ukraynanı Alyansa qəbul etmək istəmir. Bəs görəsən, onun sözlərində həqiqət varmı? Ümumiyyətlə, Gürcüstan və Ukrayna NATO-Rusiya müharibəsinə görə, Alyansa qəbul edilmir, yoxsa başqa səbəblər mövcuddur?

Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Gürcüstanın Avropa İttifaqına və NATO-ya üzvlük məsələsi bu gün də aktualdır:

Ilyas Huseynov deputatliga namized olacaq? - AÇIQLAMA

“Lakin NATO hərbi-siyasi blokuna üzvlük üçün bir sıra şərtlər var. Bu, hüquqi və demokratikləşmə prosesini özündə ehtiva edir. Digər tərəfdən, həmin dövlətlərin ərazi problemləri olmamalıdır. NATO nizamnaməsinin 5-ci bəndinə uyğun olaraq hər hansı Alyans üzvünə edilən hücum, bütün təşkilat dövlətlərinə qarşı atılan addım kimi dəyərləndirilir. Bu zaman koalisiya qüvvələri birlikdə hərəkət edərək təhlükəni zərərsizləşdirməyə başlayır. Bu, eskalasiya risklərini aktuallaşdırır. Nəzərə alsaq ki, Ukrayna və Gürcüstanın ərazi bütövlüyü pozulub, o zaman həmin ölkələrin NATO-ya qəbul edilməsi mümkün deyil. Çünki belə olan halda NATO-Rusiya müharibəsi qaçılmaz olacaq. Bu baxımdan Kiyev və Tbilisini Brüssel öz yanında görmək istəmir. Verilən vədlər, demokratikləşmə prosesi ilə bağlı ayrılan vaxt, tələblərin icrası ilə bağlı görülən işlər sadəcə prosesi uzatmağa yönəlib. Fundamental olaraq bu iki dövləti NATO-ya üzv qəbul etmək mümkün deyil. Bunu açıq şəkildə ifadə etmirlər və prosesi yalnız uzatmaqla məşğuldurlar. Bu cür ikili standartlar və qərəzlilik ayrı-ayrı dövlətlərə münasibətdə də mövcuddur”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*