Brüsseldə Brexit haqqında saziş imzalandıbackend

Brüsseldə Brexit haqqında saziş imzalandı

Avropa Şurası və Avropa Komissiyasının rəhbərləri Brüsseldə Böyük Britaniyanın 24 yanvar tarixində Avropa İttifaqından (Brexit) ayrılmasına dair sazişə imza atıblar.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “İnterfaks” agentliyi yayıb. Sənədi Avropa Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen imzalayıblar. “Bu gün biz Ursula fon der Lyayenlə Böyük Britaniyanın çıxması haqqında sazişi imzalamışıq”, – deyə Mişel Tvitter-də yazıb. O qeyd edib ki, Britaniya ilə Avropa İttifaqı arasında dostluq heç nəyə baxmayaraq davam edəcək, müqavilə isə tərəflərin tərəfdaş və müttəfiq olacağı yeni fəsilə başlamağa imkan verəcək. “Mən də yeni səhifəni birlikdə yazmaqda maraqlıyam”, – deyə Avropa Şurasının rəhbəri qeyd edib. Məlumdur ki, yanvarın 29-da Avropa Parlamentində sənədin ratifikasiyası olacaq. Brexit 31 yanvar 2020-ci il tarixinə planlaşdırılır.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*