P&G şirkəti Elazığ zəlzələsindən sonra aktrisa Berna Laçının paylaşımına görə onunla bağlanan reklam müqaviləsini ləğv edib.
KONKRET.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb aktrisa haqda Baş Prokurorluğun başlatdığı istintaqdır.
Reklam müqaviləsini ləğv edən P&G şirkətinin məhsulları aşağıdakılardır: Prima, Alo, Ariel, Orkid, Tampax, Head&Shoulders, Pantene, Fairy, Febreze, Braun, Gillette, Venüs gillette, Vicks, İpana, Oral-B.
Şirkətin münasibətinə reaksiya verən bir çox insan P&G məhsullarını sosial mediadan boykot edəcəklərini açıqlayıb.
KONKRET.AZ
