“Bu artıq SOS siqnalıdır” – Xəzər dənizi və oradakı canlılarla bağlı HƏYƏCAN TƏBİLİ ÇALINDIbackend

“Bu artıq SOS siqnalıdır" - Xəzər dənizi və oradakı canlılarla bağlı HƏYƏCAN TƏBİLİ ÇALINDI

Xəzər dənizinin Dağıstan sahillərində 320-dən çox suiti cəsədinin aşkar edilməsi ciddi ekoloji təlaş yaradıb. Bəs, iqlim dəyişikliyi Xəzər suitilərinin həyat şəraitinə necə təsir edir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan heyvanlar üzrə mütəxəssis Samir Məmmədov hadisəni birbaşa iqlim dəyişikliyinin nəticəsi kimi qiymətləndirib.

Mütəxəssisin sözlərinə görə, havaların həddindən artıq istiləşməsi Xəzər suitilərinin həyat şəraitini kökündən dəyişir. Onların əsas istirahət və artım meydanı olan buz örtükləri sürətlə əriyir, dincəlmək və gizlənmək üçün yerlər azalır.

Samir Məmmədov bildirib ki, suyun temperaturunun yüksəlməsi suitilərin qidalanmasına da ciddi zərbə vurur:

“Balıqlar arasında xəstəliklər çoxalıb. Suitilər bu xəstə balıqları yedikdə infeksiyalara yoluxurlar. İsti suyu sevmirlər və həmin şəraitdə yaşamaq onlar üçün çox çətindir. Bədən temperaturunu tənzimləyə bilmirlər, immun sistemləri çökməyə başlayır və nəticədə kütləvi ölüm halları baş verir.”

Onun sözlərinə görə, suitilərin sayının kəskin azalması təkcə iqlim dəyişikliyi ilə bağlı deyil – insan amili də mühüm rol oynayır:

“Onları ovlayanlar var, bu da populyasiyaya ciddi zərər vurur. Onsuz da suitilərin sayı minimum həddə enib, artım prosesi demək olar ki, dayanıb.”

Məmmədov əlavə edib ki, Xəzər dənizində suyun geri çəkilməsi də suitilərin yaşayış mühitinə birbaşa mənfi təsir göstərir.

“Bu artıq SOS siqnalıdır. Ekoloqlar və suitilərlə məşğul olan mütəxəssislər təcili şəkildə müdaxilə etməlidir,” – deyə o, xəbərdarlıq edib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*