Bu ayın sonundan məscidlərin fəaliyyəti bərpa oluna bilərmi? – AÇIQLAMAbackend

Bu ayın sonundan məscidlərin fəaliyyəti bərpa oluna bilərmi? - AÇIQLAMA

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi avqustun 5-dən etibarən qismən yumşaldılıb. Ərzaq dükanları ilə yanaşı bir sıra yerlərin də fəaliyyətinə icazə verilib. Son günlər yoluxma sayının azalmasına baxmayaraq, məscidlərin ilin sonuna qədər bağlı qalacağına qərar verildi. Avqustun sonuna doğru isə rayonlara gediş-gəlişlə bağlı məsələyə baxılacağı bildirildi. Əgər yoluxma sayı azalma dinamikası ilə davam edərsə, ay sonundan və ya gələn ay məscidlərin açılması yönündə də qərar verilə bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, son günlər karantin rejimində müəyyən yumşalmalar oldu:

“Bəzi müəssisələrin fəaliyyətinə icazə verildi. Ancaq insanların kütləvi şəkildə toplaşdığı ticarət mərkəzləri, məscidlər, əyləncə mərkəzləri və digər müəssisələrin fəaliyyətinə icazə verilməyib. Hazırki mərhələdə məsləhətləşmələr aparılır. Ümumi qərar ondan ibarətdir ki, məscidlər, iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunmasın. Çünki həmin yerlərdə insanlar kütləvi şəkildə bir yerə toplaşırlar, ki, bu da yoluxma riskini artırır.

Ona görə də, bu məsələdə tələsmək olmaz. İnsanlarımız verilən qərarlara anlayışla yanaşmalıdır. Biz vətəndaşlarımızı da başa düşürük. Ancaq hazırki dövrdə qaydalara əməl edib, səbirli olmalıyıq. Qaydalara əməl etsək, tezliklə biz bu bəladan qurtula biləcəyik. Bu baxımdan məscidlərin və iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməsi yoluxmaların sayının yenidən artmasına səbəb ola bilər. Bu yerlərdə insanlar kütləvi şəkildə toplaşdığına görə bu məsələdə tələsmək olmaz. Bu gün bizim üçün vacib olan insanların sağlamlığıdır. Vətəndaşlardan istəyimiz ondan ibarətdir ki, qoyulan qaydalara əməl edərək həm özlərinin həm də yaxınlarının sağlamlığını qorusunlar”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*