“Bu biabırçılıqdan sonra Türkiyədə bizə münasibət necə olacaq?” – Alaverdyan NARAHATDIRbackend

"Bu biabırçılıqdan sonra Türkiyədə bizə münasibət necə olacaq?" - Alaverdyan NARAHATDIR

“Gələn il Türkiyəyə gedəcəyik, təsəvvür edin, onların bizə münasibəti necə olacaq?”.

KONKRET.az xəbər verir ki, bu gün, aprelin 26-da ağır atletika üzrə Ermənistan yığmasının baş məşqçisi Paşik Alaverdyan mətbuat konfransı keçirərək, İrəvanda keçirilən çempionata yekun vurub. Məşqçi Azərbaycan bayrağının yandırılması hadisəsinə də toxunub.

Xatırladaq ki, İrəvanda keçirilən ağır çəkidə Avropa çempionatının açılış mərasimində özünü “dizayner” adlandıran erməni vandal Aram Nikolyan Azərbaycan bayrağını yandıraraq zaldan çıxarıb. Bundan əvvəl Azərbaycan bayrağı zala gətirilərkən tribunalardan fit çalınıb. Ermənilər Türkiyənin çıxışını da fitə basıblar.

“Bəli, narahatedici hallar var idi. Təbii ki, mən bunu siyasiləşdirmək istəməzdim, amma deməliyəm. Gələn il eyni yarışlar üçün Türkiyəyə gedəcəyik. İndi təsəvvür edə bilərsinizmi, onların bizə münasibəti necə olacaq?

Ağır atletlərimizdən Tiqran Martirosyan bir vaxtlar Türkiyədə dünya çempionu oldu və o vaxt biz bayrağımızı dalğalandırdıq, hər şeyi etdik. Ermənistanın adını qışqırdıq, amma heç kim bizə heç nə demədi.

Azərbaycan indi buna görə şikayəti verib. Bu, tamamilə mənasız bir hərəkət idi. Nikolyana demək istəyirəm ki, ağıllı oğlansansa, sərhəddə duran oğlanları fikirləş.

Mütləq bir qarışıqlıq yaratmalı idin? Nə yaxşı ki, idmançılarımız bu biabırçılıqdan qurtula bildilər. Amma heç olmasa, belə bir şey etməmişdən əvvəl məndən soruşardılar. Məndən soruşsalar, deyərdim ki, bu, sadəcə olaraq mümkün deyil”, – deyə Alaverdyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*