Bu da “Şumaxer Günay”ın maşını – FOTObackend

Bu da “Şumaxer Günay”ın maşını - FOTO

Müğənni Günay İbrahimli sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.

KONKRET.az xəbər verir ki, Günayın izləyicilərindən biri onun ilk avtomobilinin hansı marka olduğunu soruşub. Bundan sonra İbrahimli birinci maşınının fotosunu yayımlayıb. Günayın qara rəngli “BMW 320 m” markalı avtomobilinin qiyməti 20 min dollardır. (təxminən 35 min AZN)

İbrahimli başqa bir sosial şəbəkə istifadəçisinin ona ünvanladığı “Maşın sürməyi necə öyrənmisiniz” sualına isə belə cavab verib:

“Avtomobili normal qaydada idarə edə bilmək üçün sürücülük kursuna getdim və ilk dəfə mexanika sürməyi öyrəndim. İmtahanların hamısını özüm vermişəm. Həm testdən keçmişəm, həm də avtomobili prkatiki idarə etmişəm. El arasında adım “Şumaxer Günay”dır”.

Digər bir izləyici isə sənətçidən hansı avtomobili sevdiyini soruşub. İbrahimli isə “Bently Bentyaga” markalı bahalı maşının fotosunu paylaşaraq ən çox sevdiyi maşının bu olduğunu bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*