Bu dəfə paylaşımı Uill Smitin başına bəla oldubackend

Bu dəfə paylaşımı Uill Smitin başına bəla oldu

Hollivud ulduzu Uill Smitin son paylaşımı müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, aktyor rusiyalı müğənni Xçonun “Mən və sən” mahnısının remiksi altında video yayımlayıb. Kadrlarda avtomobil olan səhnələrin necə yaradılması prosesi əks olunub.

Smitin videoda rus dilində mahnıdan istifadə etməsi izləyicilərin fikir ayrılığına səbəb olub. Rusiyadan olan pərəstişkarları ona təşəkkür etsələr də, eyni hal ukraynalı izləyiciləri tərəfindən xoş qarşılanmayıb.

Onun ünvanına “Ukraynanı dəstəkləyirsinizsə, xahiş edirəm, rus mahnılarından istifadə etməyin”; “Siz Rusiyanı dəstəkləyirsiniz?”, “Bu, sadəcə rus mahnısı deyil” deyə, tənqid dolu şərhlər yazılıb.

Smit hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*