Bu dəfəki DÇ-də oynayan yeganə Rusiya vətəndaşı – FOTObackend

Bu dəfəki DÇ-də oynayan yeganə Rusiya vətəndaşı - FOTO

Kamerun yığmasının oyunçusu Qael Ondua Rusiya vətəndaşıdır.

KONKRET.az xəbər verir ki, Ondua bu gün İsveçrə ilə oyunda debüt edib. Kamerun 1:0 hesabı ilə uduzub.

9 yaşından Rusiyada yaşayan Ondua bu federasiyanın vətəndaşıdır. Maraqlısı odur ki, onun butslarında Kamerun və Rusiya bayraqları əks olunub. Klub karyerasını Almaniyanın Hannoverində davam etdirən Qael futbola Rusiyanın “Lokomotiv” və “MOİK” akademiyalarında başlayıb və “Anji” klubunun formasını geyinib.

Qeyd edək ki, FİFA və UEFA-nın 28 fevral qərarı ilə Rusiya yığma və klub səviyyəsində beynəlxalq yarışlarda iştirakdan məhrum edilib. Ona görə də başqa yığmada oynayan vətəndaşları ilə təsəlli tapırlar.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*