Bu gecə bir də 18 il sonra görünəcək nadir astronomik hadisə olacaq – FOTObackend

Bu gecə bir də 18 il sonra görünəcək nadir astronomik hadisə olacaq - FOTO

2022-ci il iyunun 24-nə keçən gecə Yer kürəsinin sakinləri nadir astronomik hadisənin – planetlərin paradının şahidi olacaqlar.

KONKRET.az xəbər verir ki, Günəş sisteminin yeddi planeti – Yupiter, Merkuri, Saturn, Venera, Mars, Neptun və Uran sıra ilə düzüləcək. Adı çəkilən son iki planet ən uzaqda yerləşdikləri üçün onları ancaq xüsusi aparatlarla görmək mümkündür.

O da vurğulanır ki, Ay Venera və Marsın arasında görünəcək. Ən yaxşı müşahidə vaxtı Günəş çıxmazdan yarım saat əvvəl hesab olunur.

Növbəti dəfə bu böyüklükdə səma şousu 18 ildən sonra, 8 sentyabr 2040-cı ildə baş tutacaq. Həmin vaxt Mars, Yupiter, Merkuri, Venera və Saturn bir sırada dayanacaq. Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*