“Bu, görünməmiş iş idi, bir tankla 50 rus əsgəri QAÇDI” – Balakleya sakinibackend

"Bu, görünməmiş iş idi, bir tankla 50 rus əsgəri QAÇDI" - Balakleya sakini

Balakleya sakinləri rusların şəhərdən necə qaçdıqlarından danışıblar.

KONKRET.az xəbər verir ki, bunu yerli sakin Anna Qorbel “Espresso” telekanalının efirində deyib. O, rus hərbçilərin necə qaçdıqlarını şəxsən görüb. Qorbel bildirib ki, bir tanka 50 nəfər oturaraq qaçıb.

“Əvvəlcə Ukrayna Silahlı Qüvvələri Cənub-Qərb bölgəsi Balakleya-Düşərgəni azad etdi və işğalçılar qara bulud kimi oradan qaçdılar. Bu, görünməmiş iş idi. Bir tank gəldi və 50 əsgər o tanka qalxdı. Daha sonra təcili yardım gəldi, ruslar əsgərlər maşına mindilər və sadəcə “güllə kimi” qaçdılar. Əşyalarını götürməyə çatdırmayan ruslar yerli sakinlərin maşınlarına minib qaçıblar.

Qadın əlavə edib ki, Balakleyanın işğalı zamanı ruslar dinc sakinləri əsir götürüblər.

“İnsanları sorğu-sual edib, onlarla əməkdaşlığa məcbur ediblər. Keçid məntəqələrində adamlar axtarılıb və vətənpərvərlik ruhunda döymələrə görə cəzalandırılıb. Gənc həkim işdən qayıdan zaman öldürülüb”, – Qorbel deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*