Bu göyərtiləri çiy yemək olmazbackend

Bu göyərtiləri çiy yemək olmaz

Sağlamlıq üçün çox vaxt çiy şəkildə yeyilən göyərtilər düzgün təmizlənmədikdə bədənə fayda əvəzinə böyük zərər vura bilər. Aparılan araşdırmalar göstərir ki, xüsusilə yaşıl yarpaqlı tərəvəzlərlə bağlı ciddi qida təhlükəsizliyi problemləri mövcuddur.

KONKRET.az xəbər verir ki, əsas risk tərəvəzlərin tarladan süfrəyə gələnə qədər keçdiyi mərhələlərdə yaranır. İspanaq, kahı, roka və manqold kimi vitaminlərlə zəngin məhsullar torpaqla birbaşa təmas, çirkli suvarma suları və yığım zamanı gigiyena qaydalarına əməl olunmaması səbəbindən zərərli bakteriyalara yoluxur. Yüksək istilik emalından keçmədiyi üçün çiy yeyilən bu göyərtilərdəki mikroblar birbaşa bədənə daxil olur.

Hətta marketlərdə satılan, üzərinə “yuyulmuş” yazılan paketli məhsullar da tam təhlükəsiz deyil. Daşınma və saxlanma zamanı soyuq zəncir rejimi pozularsa, paket daxilində zərərli mikroorqanizmlərin çoxalması sürətlənir.

Ekspertlərin fikrincə, ev şəraitində ən effektiv qorunma üsulu tərəvəzləri yarpaq-yarpaq ayıraraq bol axar su ilə yumaqdır. Göyərtiləri rasiondan çıxarmaq düzgün deyil, sadəcə etibarlı mənbədən almaq, yaxşı təmizləmək və tam quruduqdan sonra istifadə etmək lazımdır./demokrat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*