KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, ilk əfv olunan məhkumlar həbsxananı tərk ediblər.
Bu gün Düşənbədəki 7 nömrəli cəzaçəkmə müəssisəsindən müxtəlif cinayət ittihamları ilə mühakimə olunan 500-dən çox insan sərbəst buraxılıb.
Farxor sakini, 35 yaşlı Bəhrom Rəhmonov qadağan olunmuş Sələfiyyə hərəkatına qoşulmaq ittihamı ilə 3 il azadlıqdan məhrum olunmuşdu. Daha sonra onun cəzası 1,5 il azaldıldı. Üç uşaq atası sahibkarlıq fəaliyyəti ilə məşğul idi və bu işə qayıtmaq istəyir.
“Tezliklə azadlığa çıxacağım barədə heç bir təsəvvürüm yox idi. Yenidən azadlığı görməyimiz prezidentin qayğısıdır”, – deyə Rəhmonov bildirib, – “Geri qayıdacağam, Allah qoysa, öz uşaqlarımın yanına, işimi də davam etdirəcəyəm”.

Bu Tacikistandakı ən böyük amnistiyadır – 20 min adam prezidentin qərarı ilə əfv olunub. Bu gün 1600-dən çox məhkum amnistiya ilə sərbəst buraxılıb.
