Kral III Çarlzın tacqoyma mərasimi keçirilir – CANLIbackend

Kral III Çarlzın tacqoyma mərasimi keçirilir - CANLI

Bu gün Böyük Britaniyanın Kralı III Çarlzın tacqoyma mərasimi keçirilir.

KONKRET.az xəbər verir ki, mərasimə 200-dən çox ölkədən iki mindən çox qonaq dəvət olunub.

Təntənəli kortej Bukinqem sarayından Vestminster abbatlığına keçəcək, daha sonra kral və həyat yoldaşı saraya qayıdacaqlar.

Qeyd edək ki, Böyük Britaniyada sonuncu dəfə tacqoyma mərasimi 1952-ci ildə baş tutub – həmin vaxt Kraliça II Elizabet taxta çıxıb.

***
11:34

Londonun Vestminster abbatlığında Kral III Çarlzın tacqoyma mərasimi keçiriləcək.

KONKRET.az xəbər verir ki, mərasimin sonunda kral taxta çıxacaq.

Kral III Çarlz 1066-cı ildən Vestminster abbatlığında tac qoyulan 40-cı hökmdar olacaq.

Tacqoyma mərasimi III Çarlzın şəxsən özü tərəfindən seçilmiş musiqi ilə müşayiət olunacaq.

Məlumata görə, mərasimə 2300-ə yaxın adam dəvət olunub ki, onların arasında kral ailəsinin üzvləri, 203 ölkənin nümayəndələri, eləcə də ictimai xadimlər və xeyriyyəçilər var. Mərasimi 100-ə yaxın dövlət başçısı ziyarət edəcək.

Qeyd edək ki, Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*