Bu gün metroda ölən kişi məşhur müğənninin atası imişbackend

Bu gün metroda ölən kişi məşhur müğənninin atası imiş

Bu gün Bakı metrosunda dünyasını dəyişən şəxs müğənni Çinarə Məlikzadənin atası imiş.

KONKRET.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında yazıb.

O, Çinarə ilə fotosunu paylaşaraq, atasının vəfatına görə ona başsağlığı verib:

“Bir gün gələr, bir gün köçər bu dünyadan. Olumlu-ölümlü bu dünyadan daha bir ata köçdü… Xətrini dünyalar qədər istədiyim bir insanın – müğənni Çinarə Məlikzadənin atası Məlik Ağalar oğlu Məlikzadə metroda qəflətən dünyasını dəyişdi”.

Qeyd edək ki, bu gün metronun “Nərimanov” stansiyasında qatardan düşüb stansiyanı tərk edən ahıl yaşlarında kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*