DİM növbəti imtahanlarını keçirdi – YENİLƏNİBbackend

DİM növbəti imtahanlarını keçirdi - YENİLƏNİB

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Müdafiə Nazirliyinin hərbi liseylərinə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna qəbul imtahanları, həmçinin Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçirilib.

Bu barədə KONKRET.az-a DİM-dən  məlumat verilib.

Bildirilib ki, hərbi liseylərə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna qəbul imtahanlarında yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin yaxın 5 gün ərzində elan olunması nəzərdə tutulur.

XİN-də diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı isə kompüterlər vasitəsilə elektron formada keçirilib və namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub.

09:44

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Müdafiə Nazirliyinin hərbi liseylərinə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna (orta ixtisas təhsili pilləsi üzrə) qəbul imtahanları keçirir.

KONKRET.az xəbər verir ki, Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində, digər imtahan isə Bakıda təşkil olunacaq. Hərbi liseylərə qəbul imtahanında 1118, gizir hazırlıq kursuna qəbul imtahanında isə 118 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 16 imtahan rəhbəri, 120 nəzarətçi-müəllim və 12 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib. İmtahanlar bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini sənədləri gətirməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*