Bu gün şəhid olan hərbi qulluqçumuz Əlibəyli Şəhriyarın FOTOSUbackend

Bu gün şəhid olan hərbi qulluqçumuz Əlibəyli Şəhriyarın FOTOSU

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlu 1994-cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub.

KONKRET.az-ın məlumatına görə, XTQ zabiti olan şəhidimizin ailəsi hazırda Bakı şəhərində yaşayır. Şəhidimizin Bakı şəhərində dəfn olunacağı bildirilir.

Şəhriyar müəllim ailəsində böyüyüb. Azərbaycan Ali Hərbi Məкtəbində və Moskvada Akademiyada təhsil alıb.

44 günlük Vətən müharibəsi iştirakçısı olan baş leytenant Şəhriyar Əlibəyli “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad edilməsinə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Ailənin yeganə övladı idi.

Allah rəhmət etsin!

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*