Bu günə kimi məhv edilən düşmən texnikaları – SİYAHIbackend

Bu günə kimi məhv edilən düşmən texnikaları - SİYAHI

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Bu barədə KONKRET.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

– 230-dək tank və digər zirehli texnika;

– 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

– 38 ədəd hava hücumundan müdafiə vasitələri;

– 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

– 7 silah-sursat anbarı;

– 130-dan artıq avtomobil texnikası;

– 1 ədəd “S-300” zenit-raket kompleksi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*