Bu il qızıl bahalaşacaq, yoxsa ucuzlaşacaq? – AÇIQLANDIbackend

Bu il qızıl bahalaşacaq, yoxsa ucuzlaşacaq? - AÇIQLANDI

Yaxın şərqdə baş verən münaqişə əlvan metal bazarına təsirsiz ötüşməyib. Hazırda dünyada qızılın dəyərdən düşdüyü hiss olunur.

Bəs bu tendensiya yerli bazara necə təsir edib?

KONKRET.az xəbər verir ki, satıcıların sözlərinə görə, ucuzlaşma fürsət kimi görünsə də bazarda qeyri-müəyyənlik səbəbindən insanlar yüksək məbləğli alışlardan çəkinirlər:

“585 ayarlı qızılın qiymətində enmə müşahidə olunur. Hazırda 185, 190 manat civarında satmaq olar. Amma italyan qızılı 750 əyarda enmə müşahidə olunmur. 230-250 manat civarında təklif olunur. Yerli istehsalda güzəştli satış var. Eniş qiymətləri alıcı sayıcı artırıb”.

Bəs qızıl ucuzlaşandan sonra yenidən kəskin bahalaşma olacaq?

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov bildirib ki, yanvarın 28-i qızıl yüksəlib, amma apreldə isə düşüb:

“Bir müddət öncə hansısa səbəblər qızılın qiymətin artırmışdısa, bu gün artıq düşməsinə səbəbdir. Bu il qızılın qiymətində kəskin bahalaşma və ya kəskin ucuzlaşma gözlənilmir”./milliaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*