“Bu məsələdə rus generallarının hərəkəti yox, Azərbaycanın davranışı mühüm rol oynayır”backend

"Bu məsələdə rus generallarının hərəkəti yox, Azərbaycanın davranışı mühüm rol oynayır" - SƏRT AÇIQLAMA

Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi açmağımız ermənilərə elə təsir edib ki, onlar bu postdan yaxa qurtarmaq üçün müxtəlif yollar axtarırlar. Belə ki, rusiyalı sülhməramlılara sığınan “dığa”ların əsas məqsədi hərbi kontingentin komandanını dəyişmək və beləcə Azərbaycana təzyiqləri artırmaqdır. Bunun üçün hətta Rusiya rəhbərliyinə də gizli müraciətlərin olduğu haqda məlumatlar mövcuddur. Artıq bu barədə erməni mediasında xəbərlər də yayılıb. Bəs görəsən Rusiya sülhməramlılarının komandanının dəyişməsi Azərbaycanı hər hansısa formada təhdid edirmi? 

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədlinin sözlərinə görə, Rusiya sülhməramlı qüvvələrinin komandanının dəyişməsi mümkündür: “Onlar daha sərt generalı sülhməramlı qüvvələrin rəhbərliyinə gətirməklə Azərbaycana qarşı aqressiv mübarizəni təmin etməyə çalışırlar: “Amma bu günə qədər iki rus komandanı dəyişilib və heç bir problem yaranmayıb. Düşünürəm ki, bu məsələdə rus generallarının hərəkəti yox, Azərbaycan dövlətinin davranışı mühüm rol oynayır. Yəni Azərbaycan tərəfi bu qətiyyətli davranışını davam etsə, o zaman “Vaqner”in sülhməramlılara rəhbər gətirilməsi, yaxud Sergey Şoyqunun Qarabağda oturması heç nəyi dəyişməyəcək. Hər şey bizim rəftarımızdan və atacağımız addımlardan asılıdır”.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Politoloq bildirib ki, rəsmi Bakı öz sabit mövqeyini davam etdirməlidir: “Biz ilin sonuna qədər Xankəndini nəzarətə götürməliyik. Burada Azərbaycan dövlətinin ərazi bütövlüyü, gələcək müqəddaratı həll olunur. Ona görə də, bir addım belə geri çəkilmək olmaz. Təbii ki, ermənilər bu məsələni uzatmağa çalışacaqlar və ruslardan dəstək alacaqlar. Amma biz istənilən halda dövlət olaraq qətiyyətli mövqeyimizi davam etsək, o zaman ermənilərin bütün planları məhv olacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*