“Bu müqavilə bizim üçün fəlakətli olacaq” – Erməni deputatbackend

"Bu müqavilə bizim üçün fəlakətli olacaq" - Erməni deputat

“Bu müqavilə bizim üçün fəlakətli olacaq”.

KONKRET.az xəbər verir ki, bunu “Hayastan” fraksiyasından olan deputat, Daşnaksütyun partiyasının nümayəndəsi Armen Rustamyan deyib.

“Mövcud status-kvo, sadəcə olaraq, bizim üçün faydalı olan sazişin imzalanması imkanını istisna edir.

Bu müqavilə fəlakətli olacaq və bunu xalqımıza aydın şəkildə göstərmək lazımdır. Xalq bu narahatlığı hiss etmir, çaşıb qalır.

Əgər bu bölgədə hərbi-siyasi tarazlığın düşməninizin xeyrinə pozulduğu bir prosesə uyğun hərəkət edirsinizsə, yaxşı heç nə gözləmək olmaz. Biz həyati vacib güzəştlərimizin həyati əhəmiyyət kəsb etdiyi ölkələri tapmalıyıq”, – deyə deputat bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*