Bu ölkə Çindən 300 vətəndaşını avtobusla qaytardıbackend

Bu ölkə Çindən 300 vətəndaşını avtobusla qaytardı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Çində ilişib qalan 300-ə yaxın Monqolustan vətəndaşı Yol və Nəqliyyat İnkişaf Nazirliyinin verdiyi avtobuslarla geri dönüb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Monqolustan Nazirlər Kabineti yeni virus xəstəliyinin yayılmasının qarşısını almaq üçün 27 yanvar tarixində Çin ilə sərhəd məntəqələrini bağlayıb. Artıq keçidlər nəqliyyat vasitələri və piyadalar üçün də bağlanıb.

Mərkəzi Çinin Vuhan şəhərində ilk dəfə ortaya çıxan koronavirusun Monqolustanda təsdiqlənmiş hallarına hələ rast gəlinməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*