Bolqarıstanın Kiyevdəki səfirliyi sentyabrın 12-də işini bərpa edib.
KONKRET.az xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
“Sentyabrın 12-dən Kiyevdəki səfirliyin işini bərpa etməsi Bolqarıstanın Ukraynaya güclü dəstəyinin növbəti göstəricisidir”, – məlumatda qeyd olunub.
Bildirilib ki, Bolqarıstan səfirliyi bu mərhələdə məhdud tərkibdə işləyəcək, ona müvəqqəti menecer rəhbərlik edir.
