Bu ölkə “Uber”ə qadağa qoydubackend

Bu ölkə "Uber"ə qadağa qoydu

London hakimiyyəti “Uber” texnologiya şirkətinə Böyük Britaniya paytaxtında fəaliyyət göstərmək üçün lisenziya verməkdə imtina edib.

KONKRET.AZ xəbər verir ki, bu barədə Böyük Britaniya mediasında xəbər dərc edilib.

Məlumatda deyilir ki, “Uber” ilə bağlı əsas şikayət sərnişinlərin təhlükəsizliyi olub. Belə ki, şirkətin sərnişinlərə nəzəri cəhətdən sürücü vəsiqəsi və sığortası olmayan sürücülərin xidmətlərindən istifadə etməsinə icazə verməsi yolverilməzdir.

Qeyd edək ki, bundan əvvəl “Uber”in İstanbulda da fəaliyyəti dayandırılıb. Bu qərar İstanbul Məhkəməsi tərəfindən qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*