Bu ölkə Ukraynaya silah verməkdən imtina etdibackend

Bu ölkə Ukraynaya silah verməkdən imtina etdi

Bolqarıstan Ukraynaya silah təchiz etməyi deyil, öz ordusunu müasirləşdirməyi planlaşdırır.

KONKRET.az “ukranews.com”a istinadən xəbər verir ki, bunu Bolqarıstanın müdafiə naziri Draqomir Zakov bildirib.

Nazir qeyd edib ki, öz ordusunda olmayan silahı başqasına verə bilməz. Bolqarıstan yaxın vaxtlarda hərbi resurslarını artıracaq. Söhbət artilleriya və HHM-in müasirləşdirilməsindən və PUA-ların alınmasından gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*