backend

Bu ölkə Yaponiyanı necə məğlub etmək haqqında düşünür - FOTO

KONKRET.az-ın Orta Asiya ölkələri bürosu xəbər verir ki, Dünya çempionatı-2022-nin seçmə turnirinin F qrupunda Tacikistan və Yaponiya milli komandaları arasında dördüncü turun oyunu keçiriləcək. Oyun bu gün Düşənbə Mərkəzi Respublika stadionunda baş tutacaq və yerli vaxtla saat 17:15-də başlayacaq.

Stadionun bütün tribunalarına (qərb, şimal, şərq və cənub) giriş biletlərinin qiyməti 20 somoni müəyyən edilib. Artıq 12 min biletin satıldığı deyilir.

Qeyd edək ki, baş məşqçi Hajime Moriyasunun rəhbərliyi altında 23 yapon futbolçu Tacikistanla oyun üçün Düşənbəyə  oktyabrın 12-də gəlib. Maraqlıdır ki, onlardan yalnız 4-ü Yaponiyadakı klublarda oynayır, qalan 19-u Avropa klublarında təmsil olunur.

Bu gün “Tacikistan” hotelində oyun öncəsi mətbuat konfransı keçiriləcək. Tacikistan millisinin baş məşqçisi Usmon Toşev və yaponiyalı Hajime Moriyasu jurnalistlərin suallarını cavablandıracaqlar.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*