Bu ölkədə BMT-nin 3 əməkdaşı və 11 mülki şəxs ÖLDÜRÜLDÜbackend

Bu ölkədə BMT-nin 3 əməkdaşı və 11 mülki şəxs ÖLDÜRÜLDÜ

Cənubi Sudanda silahlıların hücumları nəticəsində BMT-nin azı 3 humanitar işçisi və 11 mülki şəxs həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Agence France-Presse” BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinə (OCHA) istinadən məlumat yayıb.

“Silahlı dəstələr Abyey inzibati zonasında hücumlar həyata keçirib”, – missiyanın rəhbəri Peter Van der Auverart bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə sərhəd bölgəsində BMT-nin 9 əməkdaşı həlak olub.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi hakimiyyəti şəxsi heyətin və mülki şəxslərin müdafiəsini artırmağa çağırıb.

Qeyd edək ki, Cənubi Sudan 2011-ci ildə müstəqillik qazandıqdan sonra neftlə zəngin Abyey bölgəsində gərginlik davam edir. İnzibati zona Sudan və Cənubi Sudan arasındakı sərhəddə yerləşən mübahisəli ərazi (10,460 kv.km) olaraq qalır.

BMT Təhlükəsizlik Şurasının qərarı ilə Abyeydə Müvəqqəti Təhlükəsizlik Qüvvələri (UNISFA) yerləşdirilib.

Cənubi Sudanda 2018-ci ildə Prezident Salva Kiir və müxalifət lideri Riek Macar arasında imzalanan sülh sazişinə baxmayaraq, etniklərarası münaqişələr vaxtaşırı alovlanır.

Məlumata görə, son illərdə 400 minə yaxın insan hərbi əməliyyatların qurbanı olub, daha 3,4 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb, 2 milyondan çox qaçqın isə qonşu Uqanda, Keniya, Efiopiya və Sudana köçüb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*