Livanın turizm naziri Ramzi Maşrifiya silahlı mühafizəçi ilə kortejin əvəzinə taksini seçib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı yerli MTV telekanalı yayıb. Yanvarın 24-də hökumət binasının girişinə taksi yaxınlaşıb. Mühafizəçilər sürücüdən və sərnişindən sənədləri təqdim etməyi xahiş ediblər. Sonralar görüblər ki, maşındakı sərnişin nazir Maşrifiyadır. “Belə bir hadisə respublikanın misli görünməmiş hadisəsidir, çünki nazirlər kortejlə mühafizə ilə hərəkət edirlər”, — deyə ölkə KİV-lərində bildirilir. Jurnalistlərin məlumatına görə, nazir taksiyə öz istəyi ilə minib. İclasdan sonra Maşrifiya hökumət spikerinin avtomobili ilə gedib, eyni zamanda mühafizədən imtina edib.
KONKRET.az
