Bu ölkədə yeni Prezident SEÇİLDİbackend

Bu ölkədə yeni Prezident SEÇİLDİ

Sağçı Xalq Qüvvəsi Partiyasının namizədi Keiko Fuximori Peruda keçirilən prezident seçkilərində qalib gələrək ölkə tarixində demokratik seçkilər yolu ilə prezident seçilən ilk qadın olub.

KONKRET.az ajansaz-a istinadən xəbər verir ki, bu barədə iyunun 30-da Perunun Milli Seçki Prosesləri İdarəsi (ONPE) məlumat yayıb.

Rəsmi nəticələrə əsasən, bülletenlərin 100 faizi hesablandıqdan sonra Keiko Fuximori 9 223 396 səs və ya ümumi səslərin 50,135 faizini toplayıb.

Onun əsas rəqibi, “Birlikdə Peru üçün” siyasi təşkilatının namizədi Roberto Sançes isə 9 173 755 səs (49,865 faiz) əldə edib.

Beləliklə, Keiko Fuximori Perunun tarixində prezident vəzifəsinə ümumxalq səsverməsi nəticəsində seçilən ilk qadın kimi tarixə düşüb.

Qeyd edək ki, 2022-ci ildə Dina Boluarte də ölkə prezidenti vəzifəsini icra edib. Lakin o, bu posta seçki yolu ilə deyil, prezident Pedro Kastilyonun parlamenti buraxmağa cəhd göstərdikdən sonra vəzifəsindən uzaqlaşdırılması nəticəsində konstitusiya proseduruna uyğun olaraq gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*