Bu ölkədə yoluxanlar karantində qalmayacaqbackend

Bu ölkədə yoluxanlar karantində qalmayacaq

Böyük Britaniyada koronavirusa görə tətbiq olunan özünü təcrid qanunları növbəti həftədən ləğv ediləcək.

KONKRET.az xəbər verir ki, sabahdan etibarən Krallıqda COVID-19-a görə tətbiq olunan məhdudiyyətlərin bəziləri qaldırılacaq.

Baş nazir Boris Consonun “COVID-19 ilə yaşamaq strategiyası”na əsasən, virusa yoluxanlar artıq karantində qalmayacaqlar.

Daha əvvəl məhdudiyyətlərin martın 24-də qaldırılacağı açıqlansa da, Baş nazir fevralın sonuna qədər məhdudiyyətləri ləğv etməyə qərar verib.

Fevralın 11-dən ölkəyə gələn peyvənd edilmiş şəxslərdən COVID-19 testi tələb olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*