Fransanın Sen-Jüst-Sen-Ramber kommunasının meri Olivye Joli şəhər ərazisində pələng ağcaqanadlarının uçmasını qadağan edən qeyri-adi qərar imzalayıb.
KONKRET.az xəbər verir ki, sənəddə qaydalara əməl etməyən hər bir pələng ağcaqanadının məsuliyyətə cəlb ediləcəyi bildirilib.
Qərarın simvolik xarakter daşıdığını etiraf edən mer bununla sakinlərin ağcaqanad dişləmələri ilə bağlı çoxsaylı şikayətlərinə diqqət çəkmək istədiyini deyib.
Bələdiyyə artıq ağcaqanadlarla mübarizəyə təxminən 45 min avro xərcləyib. Ərazidə xüsusi tələlər, yarasalar üçün yuvalar, quş yuvaları və qaranquşları cəlb etmək üçün məkanlar quraşdırılıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
