Danimarka və Hollandiya yayın sonuna qədər Ukraynaya 14 “Leopard 2” tankı göndərəcək.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, tanklar istifadə edilsə də, alman şirkəti “Rheinmetall” tərəfindən əsaslı təmir olunub.
Hollandiya Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans deyib ki, “Ukraynanın döyüş meydanındakı çətin vəziyyəti nəzərə alılnmalıdır. Ona görə də ölkəyə təcili olaraq daha çox hərbi dəstək verilməlidir”.
Mütəxəssislər bu tankları təxminən 165 milyon avro dəyərində qiymətləndiriblər.
“Leopard 2” NATO-nun əsas tankıdır və öz xüsusiyyətlərinə görə “Abram” tanklarından üstündür. Bu tankların şaquli yönümlü qüllə zirehləri, rəqəmsal atəşə nəzarət sistemi, lazer məsafəölçəni və koaksial pulemyotlu silah, həmçinin gecəgörmə cihazı var.
Natiq Səlim,
KONKRET.az