Bu ölkənin baş naziri istefa verdibackend

Bu ölkənin baş naziri istefa verdi

Rumıniyanın Baş naziri Ludovik Orban rəhbərlik etdiyi Milli Liberal Partiyasının parlament seçkilərində uduzmasından sonra istefa verdiyini açıqlayıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə o televiziya ilə yayımlanmış çıxışı zamanı deyib.

“Mən bu gün istefa qərarı verdim”, – Baş nazir bildirib.

Qeyd edək ki, Rumıniyada parlament seçkiləri dekabrın 6-da keçirilib. Ekzitpol nəticələrinə görə, 30,5% səs çoxluğu ilə Sosial-demokratlar Partiyası liderlik edir. Orbanın rəhbərlik etdiyi Milli Liberal partiyası isə 29% səs toplaya bilib.qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*