“Bu problem immun sisteminin zəifləməsinə səbəb olacaq” – Ekspertbackend

"Bu problem immun sisteminin zəifləməsinə səbəb olacaq" - Ekspert

“Vaxtı ilə dövlət xalqın sağlamlığını düşünüb, onların mövsümi meyvə və tərəvəzləri istehlak edib, immun sistemlərinin gücləndirilməsi üçün yaratdığı yarmarkaları indi nədənsə görə bilmirik. Kənd təsərrüfatı məhsullarını,marketlərdən baha qiymətə ala bilməyən insanların, bu payız və üzümüzə gələn qış mövsümündə immunitetlərinin güclü olmasından söhbət gedə bilərmi? Yoxsa elə bilirsiniz ki, hamı marketdən istədiyi məhsulu alıb evinə apara bilir?”

KONKRET.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, market və piştaxtalardakı qiymət artımı birbaşa olaraq insanların sağlamlığına da təsir göstərir:

“Mövsüm dəyişikliyi zamanı insanların orqanizmində bəzi dəyişikliklər olur. Onların kənardan gələn sərbəst radikallar və viruslara qarşı nə qədər dözümlü olmasını isə orqanizmin immun sistemi tənzimləyəcək. Əgər mövsümündə yetişən meyvə və tərəvəzlər, həmçinin təbii kənd məhsulları istehlak olunmasa, buda insanlarda orqanizmin immun sisteminin zəifləməsinə səbəb olacaq”.

“Marketlərdə təbii kənd məhsullarının qiymətində olan artımı və işbazlarin süni məhsul artımını nəzərə alsaq, burda artıq nə immun sistemindən nədə sağlamlıqdan danışmağa dəyməz.

Nəticdə immun sistemi çökmüş insanların COVID-19-a sərbəst şəkildə yoluxmaları və yoluxmaların sayının iki hətta üç dəfə artması müşahidə olunacaq” – deyə ekspert vurğulayıb.

  • Namiq
    Oktyabr 31, 2021 - 18:31

    Guya yarmarkalarda qiymət ucuz idi ?? Yarmarkalardakı satıcılar hamısı bazar satıcıları idi. Yarmarka günləri yarmarkada, qalan günlər bazarda işləyirdilər. Sahibkar, ya da kəndli bazara gəlib çıxa bilir ki ??

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*