“Bu, qətiyyən Azərbaycanın tələbi deyil” – Hayk Konjoryanbackend

“Bu, qətiyyən Azərbaycanın tələbi deyil” - Hayk Konjoryan

“Ermənistanda yeni Konstitusiyanın qəbulu prosesi sırf daxili gündəmdir”.

Bunu jurnalistlərlə söhbətində hakim “Mülki Müqavilə” partiyasının parlament fraksiyasının rəhbəri Hayk Konjoryan deyib.

Onun sözlərinə görə, bunun Azərbaycanın tələbi olduğunu əsas götürərək, məsələni kontekstən çıxartmağa cəhd edilir:

“Bu, qətiyyən Azərbaycanın tələbi deyil. Bu, Ermənistan Respublikasının daxili gündəliyidir, məsələ Ermənistan vətəndaşlarına, erməni xalqına aiddir. Bu müzakirə özlüyündə çox dəyərlidir. Düşünürəm ki,müzakirədəki təbliğat səs-küyünü kəsə bilsək, hamımız böyük fayda əldə edəcəyik. Konstitusiya, Müstəqillik Bəyannaməsi və Dördüncü Respublika ilə bağlı müzakirələr bizim haqqımızdır”.

Onun sözlərinə görə, bu məsələnin başlanğıc nöqtəsinin başqa dövlətlə və ya xaricdən gələn təzyiqlərlə heç bir aidiyyəti yoxdur. Mümkün konkret dəyişikliklər məsələsinə gəlincə, Hayk Konjoryan bildirib ki, hər hansı dəyişikliklə bağlı qərarı Ermənistan xalqı verəcək.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*