“Bu regionun silahsızlaşdırılması lazımdır, çünki NATO barıt çəlləyinin üstündə otura bilməz” – Şeremetyevbackend

"Bu regionun silahsızlaşdırılması lazımdır, çünki NATO barıt çəlləyinin üstündə otura bilməz" - Şeremetyev

Polşanın keçmiş müdafiə nazirinin müavini Romuald Şeremetyev Kalininqrad vilayətinin “demilitarizasiya”sı və Avropanın təhlükəsizliyi üçün NATO-nu genişləndirilməsi planını irəli sürüb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, polşalı politoloq Mateuş Piskorski siyasətçinin təklif etdiyiplanın ancaq “əks effekt”  verə biləcəyini açıqlayıb.

“Bu regionun silahsızlaşdırılması lazımdır, çünki NATO barıt çəlləyinin üstündə otura bilməz” – Şeremetyev bildirib.

Polşalı siyasətçi əlavə edib ki, Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulmaq planları hərbi blokun şərq cinahını ciddi şəkildə gücləndirməlidir. Bununla belə, o, NATO üçün Avropada tam hökmranlıq yolunda Kalininqradın ciddi maneə olduğunu vurğulayıb.

Politoloq Mateuş Piskorski isə bildirib ki, Polşanın keçmiş müdafiə nazirinin müavini çox qalmaqallı bir fiqurdur və o, özünü çoxdan gözdən salıb. Politoloq əlavə edib ki, hətta evində də odioz siyasətçinin sözlərinə əhəmiyyət verilmir:

“Romuald Şeremetyev təqaüdə çıxmış siyasətçidir. Onu indi Polşada heç kim ciddi qəbul etmir. Bu qəbildən olan təxribat xarakterli bəyanatları ilə diqqəti özünə cəlb etməyə çalışan tamamilə marginal siyasətçidir. Onun təklif etdiyi plan yalnız əks effektə gətirib çıxaracaq və Rusiya regionda mövcudluğunu artırmalı olacaq” – deyə politoloq vurğulayıb.

Xatırladaq ki, daha öncə Rusiya Dövlət Dumasının deputatı Oleq Morozov Polşanı “denazifikasiya” ilə hədələyib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*