“Bu, Rusiya üçün dəhşətli yuxudur” – Yuri Koçevenkobackend

"Bu, Rusiya üçün dəhşətli yuxudur" - Yuri Koçevenko

Ukrayna təkcə dəstək yox, həm də yardım təklif etmək üçün NATO-ya müraciət edə bilər.

KONKRET.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Yuri Koçevenko deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu bu gün Avropada say baxımından ən güclü və böyüklərdən biridir:

“NATO ölkələrinin çoxu silahlanmaya qənaət edir. Bizim qonşularımızdan yalnız Polşa ordusu yanaşmalarında obyektivdir. Polşa ordusunun sayı təxminən 150-160 mindir. Digər ölkələrdə isə bu göstərici daha azdır. Ukrayna ordusunun gücünü nəzərə almamaq olmaz. Ukrayna ordusunun təcrübəsini artıq ABŞ-dan, Almaniyadan və Litvadan olan zabitlər tədqiq edirlər. Bu gün demokratik dövlət təhlükəsizliyinin təminatının NATO-dan daha yaxşı modeli yoxdur. Biz NATO-ya indi təkcə müdafiə olunmaq yox, həm də köməyimizi təklif etmək üçün gedə bilərik. Əlbəttə, bu, Moskvada isterika yaradır. Ukrayna və Gürcüstanın NATO-da olması Rusiya üçün dəhşətli yuxudur”./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*