Yanvarın 26-na keçən gecə Ukraynanın Ujqorod şəhərində 49 yaşlı sakinə məxsus avtomobil yanıb.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə yerinə istintaq-əməliyyat qrupunun əməkdaşları yollanıblar. Müəyyən edilib ki, 2013-cü ilin buraxılışı olan Mercedes-Benz markalı avtomobil 49 yaşlı şəhər sakini, Ukraynanın İsveçrədəki keçmiş səfiri İqor Dirə məxsus olub. Yerli 0312.ua saytı mənbələrə istinadən bildirir ki, avtomobilin sahibi 2007-ci ildən 2008-ci ilədək Prezident Katibliyinin Xarici Siyasət Baş Xidmətinin rəhbəri olub. 2008-2014-cü illərdə o, Ukraynanın İsveçrədə səfiri işləyib.
KONKRET.az
