Xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycanda tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərarda deyilir.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;
