Bu şəxslər mülki işdə ödənişsiz vəkillə təmin oluna bilərlər – AÇIQLAMAbackend

Bu şəxslər mülki işdə ödənişsiz vəkillə təmin oluna bilərlər - AÇIQLAMA

Mülki işdə ödənişsiz vəkillə təmin oluna bilərsiniz.

KONKRET.az xəbər verir ki, “Aktual hüquq” Mərkəzinin vəkilləri verdikləri şərhdə bildiriblər ki, məhkəmə iddia mətnini kifayət qədər əsaslı və ilkin sübutları nəzərdən keçirdikdən sonra bir sıra şəxslər barəsində pulsuz vəkillə təmin olunma barəsində qərardad çıxara bilər.

Bu şəxslərin siyahısına aşağıdakılar daxildir:
– orqanizm funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;

– insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;

– valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş şəxslər;

– ünvanlı sosial yardım alan ailələrin üzvləri;

– müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər;

– maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*