Azərbaycanda ali təhsilin forma və mərhələləri üzrə ikinci ali təhsil xüsusi yer tutur. Bu təhsil növü əvvəlki ixtisasından fərqli olaraq digər sahədə təhsil almaq istəyənlər üçün nəzərdə tutulub.
İkinci təhsil üçün şərtlər nələrdir?
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov açıqlama verib:
“Qanunvericiliyə əsasən, ikinci təhsilə yalnız bakalavr diplomu olan şəxslər müraciət edə bilər. Ali təhsil müəssisələrini bitirmiş şəxslərin ikinci ali təhsil almaq imkanı var. Yəni şərt olaraq ixtisasından asılı olmayaraq, hər bir şəxs istədiyi universitetdə oxuya bilər. Bunun üçün may ayının 1-dən avqustun 30-na qədər həmin şəxslər portal.edu.az saytına daxil olaraq şəxsi kabinet yaratmalıdır. Daha sonra isə lazım olan sənədləri portala yükləmək lazımdır.
İkinci ali təhsil almaq 2 formatda həyata keçirilir.
Birinci forma ondan ibarətdir ki, imtahan baş tutur. Bu imtahanı DİM təşkil etmir. Ali təhsil müəssəsinin özü keçirir. Digər üsul isə müsahibə şəklində olur. İmtahanlar daha çox BDU və NDU-da hüquq ixtisası ilə bağlı olur. Yəni bu ixtisas üzrə bakalavr təhsilindən asılı olmayaraq təhsil ala bilərsiniz”.
Ekspert qeyd edib ki, hüquq və tibb istinsa olmaqla istənilən ixtisasa müsahibə yolu ilə qəbul var. Lakin pedaqoji ixtisaslara ikinci təhsil şamil olunmur. İkinci təhsil yalnız ödənişli əsaslarla mümkündür. Yəni hər hansı imtiyazlı təbəqə bundan istifadə edə bilməz.
“Yəni məcburi köçkün və ya digər imtiyazlı kateqoriyadan olan şəxslər ikinci ali təhsildən yararlana bilməzlər. Onlar yalnız DİM-in keçirdiyi imtahanlarda iştirak edərək ikinci, üçüncü təhsil belə alsalar, onlara təhsil pulsuzdur. Amma DİM olmadan portal vasitəsi ilə ali təhsil müəssəsinə müsahibə yolu ilə daxil olsalar, bu zaman təhsil ödənişlidir”.
Məcburi köçkün statusundan asılı olmayaraq hər pillə üzrə(bakalavr, magistr) yalnız bir dəfə pulsuz təhsil almaq şansı var.Halbuki məqalədə limitsiz yazılıb.