“Bu şəxslərin rayonlara gedişinə icazə verilə bilər” – AÇIQLAMAbackend

"Bu şəxslərin rayonlara gedişinə icazə verilə bilər" - AÇIQLAMA

Azər Badamov, millət vəkili

İyulun 17-də Operativ Qərargahın qərarı ilə Azərbaycanda ümumi karantin rejiminin müddəti daha bir ay uzadıldı. Yay ayları olduğu üçün insanlar Bakıda deyil də bölgələrdə istirahət etməyə üstünlük verir. Bu müddət ərazində vətəndaşlar koronavirus testi verdikdən sonra bölgələrə getməsinə icazə verilə bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat Azər Badamov bildirib ki, koronavirusla effektiv mübarizəyə nail olmaq üçün Operativ Qərargahın qərarları hamımızın gündəlik həyatı üçün əsas şərti olmalıdır: “Çünki, birinci tətbiq olunmuş sərt karantin rejimindən sonra həyata keçirilən yumşalmalar insanların arasında təması çoxaltmışdı və bəzi məsuliyyətsiz vətəndaşların karantinin tələblərinə loyal münasibətindən koronavirusun yoluxma dinamikasında kəskin artım müşahidə olundu. Bu da yenidən sərt karantin rejiminin tətbiqini gündəmə gətirdi.

İkinci dəfə tətbiq olunmuş sərt karantin rejiminin uzadılması və qaydalara riayət olunmasında nəzarətin artırılması yenidən COVID-19 infeksiyasının yoluxma zəncirində azalmalara nail olmağımıza imkan verin. Son günlər gündəlik yoluxanların sayı sağalanların sayından az olub. Amma Operativ Qərargah sərt karantin tətbiq olunmuş 14 rayonda karantin rejimini qüvvədə saxlayıb və müddəti 5 avgusta qədər uzadıb. Bununla yanaşı SMS icazə vaxtı 2 saatdan 3 saata artırılıb, bəzi sahələrin fəaliyyətinə icazə verilib.

Yay ayları olduğundan şəhər əhalisində rayonlara getmək arzusu daha yüksəkdir. Əsasən işləyənlərin əksəriyyəti də çalışır ki, məzuniyyətlərini  yay aylarında alsın. Bunu nəzərə alaraq düşünrəm ki, sərt karantin rejiminin tələblərində insanların rayonlara getməsinə imkan verən müəyyən güzəştlər tətbiq olunmalıdır.

Məsələn, son 12 saat ərzində testin neqativ cavabı əlində olan şəhərdə yaşayanların rayonlara gedişinə icazə verilə bilər.  Onu da qeyd etmək istəyirəm ki, tibbi maskanın taxılması, sosial məsafənin gözlənilməsi və şəxsi gigiyenasına riayət olunması  hamı üçün həyatı vacib məsələ olaraq qalmalıdır və hamı riayət etməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*