Bu sözlərə facebook və instaqramda qadağa tətbiq edildibackend

Bu sözlərə facebook və instaqramda qadağa tətbiq edildi

Facebook və Instagram-ın çətir şirkəti olan Meta nifrət hisslərinin təbliğ edilməməsi üçün əhəmiyyətli yeniləmə edib.

KONKRET.az xəbər verir ki, şirkət bundan sonra sionizm əleyhinə olan yazıları qadağan edəcək.

Bu addım İsrail tərəfdarları olan qruplar arasında rəğbətlə qarşılanıb.

Meta “sionizm” terminindən istifadə edən məzmunu Facebook, Instagram və Threads kimi platformalarından siləcək. Şirkət həmçinin “sionistlər dünyanı idarə edir və ya mediaya nəzarəti tam ələ keçirib” kimi ifadələri də tam qadağan edəcək.

Meta dünyanın müxtəlif ölkələrindən 145-dən çox tarixçi, insan haqları qrupları, hüquq və insan haqları ekspertləri və ifadə azadlığı müdafiəçiləri ilə görüşdüyünü bildirib.

Bu qərar sosial şəbəkə istifadəçilərinin reaksiyası ilə üzləşib.

Tənqidçilər və hüquq qrupları şirkəti xüsusilə bölgədəki son gərginliklər fonunda öz platformalarında fələstinliləri dəstəkləyən məzmuna senzura tətbiq etməkdə ittiham ediblər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*