Bu tarixdən etibarən Bakıdan Minskə reyslər açılacaqbackend

Bu tarixdən etibarən Bakıdan Minskə reyslər açılacaq

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Belarusun paytaxtı Minskə müntəzəm reyslər açır.

AZAL-dan KONKRET.az-a bildirilib ki, Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysin oktyabrın 1-də həyata keçirilməsi planlaşdırılır. Aviaşirkət həftədə dörd dəfə uçuşlar həyata keçirəcək.

Minskə uçuşlar üçün aviabiletləri “Azərbaycan Hava Yolları”nın internet saytından – www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*