“Bu tip insanlar İranın faktiki agentləridir” – Belələri yüksək vəzifələr daşıya bilməz”backend

"Bu tip insanlar İranın faktiki agentləridir" - Belələri yüksək vəzifələr daşıya bilməz"

“1979-cu ildən İran şiəliyi başqa ölkələrin şiəliyindən qismən fərqlənir. O cümlədən Azərbaycanda liberal şiəlik mövcuddur. Çox təəssüflər olsun ki, İranın başında durmuş Azərbaycanlı şiə Xomeniyi siyasəti ilə Ermənistanla dostluq edir, Azərbaycanın Türkiyə və başqa ərəb ölkələri ilə dostluğunu qəbul etmir”.

KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ-da yaşayan siyasətçi Rəsul Quliyev vurğulayıb. Onun sözlərinə görə, İranın belə bir siyasət aparması yeni deyil, azı 30 il yaşı var.

“Türkiyənin cümhur başqanı Turqut Özal Azərbaycanın yanında dayananda, İran Ermənistana yanacaq məhsulları, qaz vermək barədə düşünürdü. Ermənistanın xarici ticarətinin əsası İranladır. Azərbaycanın son müharibəsində də İran Azərbaycan qələbə çalana qədər ağzına su alıb dayanmışdı”.

Rəsul Quliyev daha sonra qeyd edib ki, “Bütün bunlara baxmayaraq, İran bizim böyük qonşumuzdur. 19-cu əsrə qədər bizim İranla tariximiz eynidir. İran dünyanın, xüsusilə Azərbaycanın dəyişdiyini anlamalıdır. Əsl dostluq, qardaşlıq əlaqələrini yaratmalıdır. Nəzərə almalıdır ki, Azərbaycan heç vaxt İranın əleyhinə siyasət aparmayıb. İranın bu günə qədər Azərbaycana qarşı yürüdülmüş yaramaz siyasətini anlamayanlar nadan adamlardır və onlar Azərbaycanda yüksək vəzifələr daşıya bilməz. Bu tip insanlar faktiki İranın agentləridir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*