Ölkədə tanınmayan bir dinin davamçısı özünün “ilahiliyini” avqust ayında elan edib. Tanrı olduğunu söyləyən məşhur ictimai xadim Arstan Alayın ekspertizaya göndəriləcəyi bildirilib.

KONKRET.az – ın Orta Asiya ölkələri bürosu xəbər verir ki, bu məsələ dünən Qırğızıstan parlamentində qaldırılıb. “Dini etiqad azadlığı və dini təşkilatlar haqqında” qanunun müzakirəsi zamanı millət vəkili Jogorku Keneş Ulugbek Ormonov özünü Tanrı elan etmiş Tenqri dininin davamçısı Arstan Alayın (Arstanbek Abdıldayev) hansı cəzanı ala biləcəyi ilə maraqlanıb: “Niyə Tenqri dinində olan bu adam “Mən Allaham”, “Mən Tanrıyam” deyə qışqırır? Buna görə hansı cəzanı alacaq? Kim cavab verəcək?”
Dini İşlər üzrə Dövlət Komissiyasının rəhbəri Zayırbek Ergeşov cavab verib ki, Arstan Alayın sözləri araşdırmaya göndərilib və tədbirlər görüləcək. Düzdür, Daxili İşlər nazirinin müavini Mirlan Kanimetov qeyd edib ki, bu cür bəyanatları etnik nifrət və ya ekstremizmə təhrik maddəsi ilə yanaşmaq olmaz. Tenqri dininin davamçısı olan Arstan Alay avqustun 30-a özünü tanrı elan edib.
Bu dini cərəyan Qırğızıstanda bir din olaraq qəbul edilmir, ardıcılları isə səmanı ilahiləşdirirlər.