Rusiya Federasiyasının hərbi komissarı Ukraynadakı itkilərini açıqlamaqdan imtina edib.
KONKRET.az xəbər verir ki, bu barədə yerli “Krasnoyarsk online” nəşri yazıb. Krasnoyarsk diyarının baş hərbi komissarı Andrey Lısenko bildirib ki, Rusiya Ukraynada müharibədəki itkilərini hesablamır. O, jurnalistlərin itkilərlə bağlı sualını cavablandırmaqdan imtina edərək, belə sualların verilməsinin nalayiq və “vulqar” olduğunu bildirib.
Hərbi komissar bildirib ki, hər bir əsgərin ölümü onun şəxsi faciəsidir. Eyni zamanda o, ölənlərin sayını hələ də açıqlamayıb, çünki bu rəqəmlər haqqında danışmaq vulqar və yersizdir.
- “Şəxsən hərbi komissar kimi mənim üçün ölən hər bir cavan itkidir. Bu, təkcə valideynlərin deyil, hamımızın faciəsidir. Bu mənim şəxsi faciəmdir, çünki onları şəxsən orduya göndərmişəm. Mən onların qarşısında məsuliyyət hiss edirəm. Ona görə nə qədər insan həlak olub, nə qədər Krasnoyarsk sakini yaralanıb, biz bunların statistikasını aparmırıq… Hesab edirəm ki, bu, yersiz və ədəbsiz sualdır. Hər hansı bir vətəndaş dövlətimiz üçün əzizdir. Məncə, sadəcə rəqəmlərdən danışmaq yersizdir. Bu, vulqar sualdır”, – Lısenko deyib.
Qeyd edək ki, Rusiya Federasiyası Ukraynadakı itkilərini gizlədir.
Məlumata görə, fevralın 24-dən aprelin 6-dək düşmənin ümumi döyüş itkiləri təxminən 18,6 min nəfər olub.
Xuraman Etibarlı,
KONKRET.az
