Elə xəstəliklər var ki,onun müalicəsi üçün alıimlər illərdir düşünürlər. Bunlardan biri də demensiyadır. Xüsusi ilə yaşlı insanlar arasında tez-tez rast gəlinən bu xəstəliyin daşıyıcıları unutqanlıqdan əziyyət çəkirlər.
KONKRET.az xəbər verir ki, indi ABŞ alimləri demensiyaya səbəb olan yeni gen mutasiyasını aşkar ediblər.
Cons Hopkins Universiteti Tibb Fakültəsi və Çikaqo Universitetinin alimləri demensiyanın nədən formalaşmasını öyrəniblər.
Mütəxəssislər bu uğura kök hüceyrələrini,differensial neyron və toxumaları təhlil edən zaman nail olublar.
Rəsmiyyə Şərifova,
KONKRET.az
